İlğım

Geniş yayılmasına baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.

Göy ay

Hamımız adi ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir.Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.

İldırım və şar ildırım

İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. Əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.

This slideshow requires JavaScript.

Qütb parıltısı

Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. Əksər hallarda qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edir.

Planetimizin ağciyəri məhvə doğru gedir.

Braziliya hökuməti Amazon ərazisində meşələrin seyrəkləşməsi sürətlə artdığı barədə bəyanat verib.Braziliyanın ətraf mühit naziri  İzabella Teyşeyr 2012-ci ilin iyul ayı ilə müqayisədə meşələrin məhvinin 30 faiz artdığını deyib.O, meşələrdə ağacların doğranmasını cinayət adlandırıb və bildirib ki, hökumət  bu trendi dəyişmək üçün  bütün qüvvəsini sərf edir.Ətraf mühit mühafizəçiləri isə  meşələrin  məhvinin  Braziliyanın meşənin müdafiəsi ilə bağlı yeni islahatları ilə əlaqələndirib.

agciyerrr